AVTO

15 000 manata hansı avtomobili almaq olar? – SİYAHI – QİYMƏTLƏR
09 İYUN
3515

15 000 manata hansı avtomobili almaq olar? – SİYAHI – QİYMƏTLƏR

2016-06-09 13:01:00

Azərbaycanda  avtomobil alıcıları hazırda daha ucuz olduğu üçün ikinci əl avtomobillərə üstünlük verirlər. Amma hazırda avtomobil bazarında 15 min manata kimi təzə avtomobillər də tapmaq mümkündür. Fins.az hazırda Azərbaycanın yeni avtmobil bazarında 15 min manata kimi satılan ən ucuz avtomobilləri araşdırıb. Məlum olub ki, hazırda Azərbaycanda satılan ən ucuz təzə avtomobillər Rusiya, Çin, Almaniya və Azərbaycanda yığılan avtomobillərdir. 

1. “Changan Benni” - 9 000 manat 

“Changan Benni Mini” Azərbaycan avtomobil bazarında ən ucuz avtomobil adını qorumaqda davam edir. Çin avtmobillərinin Azərbaycanda rəsmi idxalçısı “Sirena Motors” şirkətindən fins.az-a verilən məlumata görə, hazırda bu model alıcılara 9 min manata təklif edilir. Cəmi 1 litr həcmli 80 at gücündə mühərriklə “Changan Beni” maksimum 7 litr yanacaq sərf edir. Kiçik olmasına baxmayaraq avtomobilə 4 sərnişin yerləşə bilər. Avtomobilə ABS əyləc sistemi, yüngül lehimli disklər, CD-Center, mərkəzi qapanma sistemi və kondisioner əlavə edilib.  

2. “Changan Benni New” – 10 500 manat 

“Changan Benni Mini”nin sələfi olan yeni model- “Benni New” satışa çıxarılıb. Bu maşın da  ucuz modellər sırasındadır. 2016-cı il model avtomobil nisbətən böyük mühərrikli və böyük ölçülərinə görə  seçilir. 1.4 l mühərrik 100 kilometr məsafəyə 6-7 litr yanacaq işlədir. Avtomobilin qiyməti 10 500 manatdır. 

3. “Naz lifan  320” - 12 000 manat 

Azərbaycan istehsal olan “Naz Lifan” avtomobilləri də ucuz avtomobillərin sırasında yer alıb. Bu ən az yanacaq sərfiyyatına görə seçilən, həm kiçik ölçülü “Naz Lifan 320”dir. 88 at gücündə 1,3 litr mühərrikli avtomobil cəmi 4-5 litr yanacaq işlədir. Avtomobilin sürət qutusu mexanikadır. Maksimal sürət isə 160 km/saat-dır. Ötən il 8-9 min manata satılan avtomobil  indi 12000 manata kimi bahalaşıb.

4. “Changan CX 20” -12500 manat 

Siyahıda “Changan”nın nisbətən baha olan növbəti modeli “Changan CX 20” də yer alıb. “Sirena Motors” bu modelin hazırda 2014-2015-ci il versiyalarını satır. 113 at gücündə 1.4 mühərriklə təhciz edilmiş krossover 8 litr yanacaq işlədir. Avtomobilin təhcizatına panorama luk, park radar sistemi, kondisioner,çox funksiyalı sükan, hava yastıqları və şüşə qaldırıcıları daxildir. Bu model hazırda nəğd şərtlərlə 12500 manata təklif edilir. 

5. «Niva»-«Lada»  - 10500 - 13 000 manat 

15 min manata qədər təzə avtomobil axtaranlar siyahıdakı Rusiya maşınlarına da göz gözədirə bilərlər. Ən ucuzlar siyahısında yer alan avtmobillərdən biri də 2016-ci il model “Niva” avtomobilləridir. Rus avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “Xazar Lada” şirkətindən fins.az-a verilən məlumata görə, hazırda “Niva” avtomobilləri təhcizatdan aslı olaraq 10500-13000 manata satılır. Avtomobilin özəllikləri arasında yalnız hidravlik sükan, ön şüşə qaldırıcıları, oturacaqların isitmə sistemi və litium diskləri qeyd etmək olar. 2016-cı il model “Niva”ların əsas yeniliklərindən biri isə onun radiator barmaqlıqlarıdır. Belə ki, yeni modellərdə radiator barmaqlıqlarının dizaynı dəyişib. Avtomobil 1.7 l həcmli mühərriklə təhciz edilib. Maksimal sürəti 200 km/saat olan avtomobilin yanacaq sərfiyyatı 100 km-ə 11 litr təşkil edir. 

6. “Baic A 115” - 13 500  manat 

Bakıda satılan daha bir ucuz Çin avtomobili “Baic A 115” modelidir. “Sirena Motors” şirkətindən verilən məlumata görə, avtomat sürət qutulu 107 at gücündə 1.5 l mühərrikli model 13500 manata satılır. 2015-cü il model heçtbek tipli avtomobil yüngül lehimli disklər, ABS əyləc sistemi, CD-Center, yağış sensoru, mərkəzi qapanma , park radarı, kondisionerlə yanaşı, dəri salona sahibdir. 

7. “Dong Feng S30” - 13 800 manat

Azərbaycanda 15 min manata kimi nəğd satışla təzə avtomobillər sırasında Çin avtomobilləri üstünlük təşkil edir.“Changan” və “Baic” avtomobilləri ilə yanaşı, “Dong Feng”  modelləri də  ucuzdur. Məsələn, “Dong Feng S30” modelini 13 800 manata  almaq olar. 1.6 l mühərrikli mexaniki sürət qulut avtomobil 120 at gücündədir. Yanacaq sərfidə xeyli aşağıdır. Belə ki, avtomobil şəhər yollarında 4 l, şosedə isə 7 litr yanacaq işlədir. Modelin  təhcizatına 2 təhlükəsizlik yastığı, arxa parklama sensoru, audio sistemi və “qalpak” disklər daxildir. “Dongfeng Azərbaycan”dan verilən məlumata görə, avtomobilin bir özəlliyi də ondan ibarətdir ki, mühərrikin zavod istehsalı olan qoruyucu dəmiri var. 

8. “Seat İbiza”  14 500 manat 

Ucuz avtomobil  axtaranlar İspaniyada istehsal edilən alman avtomobillərini də seçə bilərlər. Belə ki, bəzi “Seat” modelləri də ən ucuzlardan hesab edilir. Məsələn, buna mexaniki sürət qutulu “Seat İbiza”nı aid etmək olar. Avtomobil bir ay əvvəl 15000 manata təklif edilirdi. İndi isə bir qədər ucuzlaşaraq 14500 manata satılır. 1.4 l mühərrikli 100 kilometr üçün avtomobil  7.0-7.5 l yanacaq işlədir.Bu qiymət sadə komplektasiyaya aiddir, yəni maşının kondisioneri,  hidrovlik sükan, təhlükəsizlik yastıqları və ABC əyləc sistemi var.  

9. “Lada Vesta”- 15 min manat 

Nəğd alına biləcək ən ucuz avtomobillər siyahısına Rusiyanın başqa bir modeli “Lada Vesta” sonuncudur. 2016-c il model mexaniki sürət qutulu 1.6 l həcmli avtomobilin yanacaq sərfiyyatı 7 litrdir. Bu avtomobil isə 15 min manata satılır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274