AVTO

«Dövlət rüsumu haqqında» qanun da dəyişdi – FƏRMAN
26 MAY
1182

«Dövlət rüsumu haqqında» qanun da dəyişdi – FƏRMAN

2016-05-26 18:02:00

Prezident İlham Əliyev «Dövlət rüsumu haqqında» qanuna dəyişiklikləri təsdiqləyib. Fins.az xəbər verir ki, dəyişikliklərə görə, qanunun 25-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilib:

“25.1. Azərbaycan Respublikasının avtomobil daşıyıcılarına digər dövlətlərdə bu Qanunla müəyyən edilmiş dövlət rüsumundan əlavə dövlət rüsumu tətbiq edildikdə həmin dövlətlərin avtomobil daşıyıcılarına eyni qaydada dövlət rüsumu tətbiq edilir.

25.2. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 (üç) il müddətinə bu Qanunun 24-cü maddəsi ilə nəzərdə tutulmuş dövlət rüsumundan azaddır:

25.2.1. dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmir yolu stansiyasında yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;

25.2.2. yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.”.

Eləcə də bax: Vergi Məcəlləsi dəyişdirildi – PREZİDENTDƏN FƏRMAN

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275