AVTO

«Mercedes», «Audi» və «BMW»nin qənimi gəlir – ALMANLAR TƏŞVİŞDƏDİR
24 MAY
7066

«Mercedes», «Audi» və «BMW»nin qənimi gəlir – ALMANLAR TƏŞVİŞDƏDİR

2016-05-24 19:48:00

Hələ bir neçə ay əvvələ qədər alman avtomobil sənayesinin bossları, amerikalı iş adamı İlon Mask və onun «Tesla Motors» şirkətinə lağ edirdilər. Amma Mercedes, BMW, Audi və Porsche kimi məşhur, dəbdəbəli brendlərin məğrur təsisçiləri ağıllarına belə gətirməzdilər ki, Kaliforniyadan çıxmış, "özündənrazı birisi" 150 illik təcrübəyə, biliyə malik nəhənglərlə rəqabət apara bilər. Hətta “Daimler” şirkətinin Direktorlar Şurasının keçmiş sədri Edzard Reyter noyabrda verdiyi açıqlamada bildirmişdi ki, Tesla böyük alman avtomobil istehsaçıları ilə müqayisə edilə bilməz: «bu Mask - sadəcə fırıldaqçıdır».

Amma çox tezliklə almanlar necə dəhşətli səhvə yol verdiklərini anladılar. «Tesla»nın yeni modeli olan «Tesla Model 3»ün satışı başlanan kimi, təkcə ilk həftədə dünyanın hər yerindən 325 min sifariş daxil oldu. Alıcılar «Tesla Model 3»ü almaq üçün növbəyə dayanmaq məqsədilə tələb olunan min dolları gözüyumulu ödəyirdilər, baxmayaraq ki, qiyməti 35 min dollar olan ilk avtomobil satışa hələ ilyarımdan sonra çıxacaq. Bu prosesi izləyən alman avtomobil maqnatlarının üzündə artıq gülüş yox, təşviş vardı.

Eləcə də bax: Dünyada ən ucuz elektik avtomobili buraxıldı - CƏMİ 35 MİN DOLLARA

Nəticədə indi Almaniyada Tesla-ya ölkənin iqtisadiyyatının əsas sahəsinə - 750 min insanın işlədiyi və hər 8 iş yerindən birinin olduğu avtomobil sənayesinə uzunmüddətli təhlükə kimi baxırlar.

Avtomobil araşdırmala mərkəzinin analitiki Ferdinand Düdenxeffer deyir ki, alman avtomobil istehsalçıları hər gün Teslaya daha ciddi yanaşırlar. "Almanlar şübhə etmədən özlərinin mühəndislik qabiliyyətləri ilə fəxr edirlər və hesab edirlər ki, avtomobillər barədə hər şeyi bilirlər. Onlar həmişə düşünüblər ki, heç kim və heç vaxt avtomobili onlar kimi istehsal etməyəcək. Və birdən-birə ortaya kaliforniyalı gicbəsər çıxır. Almanlara elə gəlirdi ki, o, maşın barədə heç nə bilmir və bu adamı ciddiyə almaq lazım deyil. İndi isə məlum olur ki, avtomobil sənayesində inqilab edib”.

Hərçənd ki, bəzi alman avtomobil istehsalçıları özlərinin elektrobillərini buraxırlar. Məsələn, Volkswagen və BMW-nin belə bir modeli var. Digər şirkətlər isə elektromobil barədə düşünürlər. Amma burada söhbət hibrid avtomobillərdən, yəni həm elektrik enerjisi həm də benzinlə işləyən avtomobillərdən gedir. Almanların buraxdığı maşın elektrik və benzinlə birlikdə maksimum 200 km hərəkət edir. Tesla-nın S modeli isə bir dəfə enerji yığmaqla 400 km məsafə qət edir. Yəni, bütün dünyaya sübut olundu ki, almanların elektrik avtomobilləri ilə bağlı nəzəriyyəsi kökündən səhvdir. Buna görə də, almanların maşınına tələbat Tesla ilə müqayisədə az oldu, baxmayaraq ki, 2-cinin maşını nisbətən bahadır.

Eləcə də bax: Bakıda işlənmiş Çin maşınlarının satışına başlanıb -QİYMƏTLƏR

Hazırda tam elektrikli BMW i3 birdəfəyə 130 km, Mercedes B Class 140 km, Golf VW və Smart EV isə 110 km gedir. Tesla isə verdiyi vədlərin çoxunu yerinə yetirib və avtomobil sənayesində ciddi təlaş yaradıb. Hazırda şirkət birdəfəyə 500 km məsafə qət etməyi bacaran maşın buraxmaq barədə düşünür.

2015-ci ildə «Tesla» Almaniyada bütün digər avtomobil istehsalçılarından çox elektronmobil satışına nail olub və Model 3-ü buraxana qədər ciddi rəqibə çevrilib. Onun Model S-dən isə 2015-ci ildə 1582 ədəd alınıb. Halbuki elektromobil istehsal edən BMW 1051 ədəd, Mercedes 1161 ədəd, Smart 676 ədəd, VW Golf isə 796 ədəd satışa imza atıb. Elektrikli avtomobillərə tələbatın artdığını nəzərə alan Porsche və Audi kimi istehsalçılar isə 2020-ci ilin sonuna qədər tam şəkildə enerji ilə işləyən modellərini bazara çıxarmağı planlaşdırırlar.

Tesla-nın inanılmaz məşhurluğu Almaniyanın avtomobil bazarını ciddi şəkildə silkələməyə başladı və hətta Volkswagen-nin ötən il buraxdığı dizel avtomobilləri ətrafında qalmaqalın yaranmasına səbəb oldu. Ekologiya və istehlakçıların hüquqlarını müdafiə üzrə qeyri-hökumət təşkilatının sədri Yurgen Reş deyir ki, alman avtomobil istehsalçıları elektrikli avtomobillərin potensialını qətiyyən qiymətləndirə bilməyiblər: «Onlar elə hesab edirlər ki, bu, sadədə dəbdir və tezliklə keçib gedəcək. Buna görə də, hətta ekoloji normalardan yan keçən dizel mühərrikli avtomobil buraxdılar».

Eləcə də bax: Железные дети: Как основатель Tesla Илон Маск воспитывает своих сыновей

Sürücülük Almaniyada ciddi biznes sayılır. Bu ölkənin əksər avtomobil magistrallarında sürət məhdudiyyəti yoxdur. Əminliklə demək olar ki, heç kim almanlar qədər keyfiyyətli avtomobil istehsal etmir. Onlar 1870-ci ildə Karl Benz və Nikolaus Otto tərəfindən əsası qoyulmuş ənənəni uğurla davam etdirirlər. Təkcə ötən il Almaniyada 78 milyona yaxın maşın istehsal olunub. Bu göstərici ilə Almaniya avtomobil istehsal edən 4 əsas ölkədən biridir. Volkswagen, Daimler, BMW, Audi və Porsche kimi şirkətlər birlikdə il ərzində daxili bazar üçün 5,7 milyon ədəd, xarici bazar üçün isə 9,4 milyon ədəd avtomobil istehsal ediblər. Tesla isə 2015-ci ildə cəmi 50580 maşın buraxıb və 2020-ci ilə qədər bu rəqəmi yalnız 500 minə çatdırmağı planlaşdırır.

Bununla belə, Tesla Model S Qərbi Avropada lüks avtomobillər arasında ən çox satılanı olub. Məsələn, Automotive Industry Data təşkilatının hesabatına görə, 2015-ci ildə Tesla Qərbi Avropada 15 787 avtomobil satıb, halbuki Mercedes-də bu göstərici 14 990 təşkil edib. Avtomobil sənayesində qlobal araşdırmalara rəhbərlik edən Arndt Ellinqxorst deyir ki, alman avtomobil istehsalçıları elektrikli nəqliyyat vasitələrin müştərilər üçün cəlbedici olacağını düşünməyiblər: «Çoxları hələ də hesab edir ki, Tesla kaliforniyalı xippilər üçün nəzərdə tutulmuş mənasız cəhddir. Amma mən əminəm ki, hazırda alman şirkətlərinin direktorlar şurasında Tesla ilə bağlı maraqlı müzakirələr gedir».

Daimler-in rəhbərliyi şirkətin səhmdarlarının Berlində keçirilmiş illik yığıncağında töhmətləndirilib. Şirkətin 5500 səhmdarından bəziləri menecerdən Tesla-nın aqressiv şəkildə bazarı tutduğu bir vaxtda Deimlerim niyə «yatdığını» soruşub. Bəzi səhmdarlar isə alman avtomobil sənayesinin sonunun başlayıb-başlamadığı ilə maraqlanıb. «Bizim Tesla ilə rəqabət aparmağa heç nəyimiz yoxdur» – deyə kiçik səhmdarlardan biri bildirib.

Deimler-in direktorlar şurası isə bəyan edib ki, şirkət və onun alman rəqibləri hələ ki, vaxt itirməyiblər. Menecerlərinb sözlərinə görə, Tesla gəlir gətirmir və ziyanla işləyən müəssisədir. Bununla belə, analitiklər hesab edirlər ki, mövcud vəziyyət Almaniyanın lüks avtomovil sənayesinin sonu olmasa da, Tesla onları tam elektrikli maşınlar istehsal etməyə vadar edir. «Mən düşünmürəm ki, bizin bazarımızda Tesla 1-ci olacaq. Almanlar yeni texnologiyaları həzm etməkdə hamıdan zirək olublar və sonda həmişə ən yaxşı nəticəni göstəriblər» – deyə «Deutsche Bank»ın avtomobil sənayesi üzrə ixtisaslaşmış analitiki Erik Xayman qeyd edib.

Bununla belə, Berlində fəaliyyət göstərən İqtisadi araşdırmalar institutunun energetika, nəqliyyat və ətraf mühit üzrə araşdırmaçısı Klaudiya Kemfert deyib ki, almanlar Tesla-dan gələn siqnallara lovğalıqla cavab veriblər.

Yeri gəlmişkən, bu əhvalat alman şirkətlərinin almanlar tərəfindən edilən mühüm ixtiralara - faks və MP3-pleyer və başqalarına barmaqarası baxmaqlarını xatırladır. Həmin vaxt alman şirkətlərinin uzaqgörən olmaması səbəbindən bu aparatlardan başqa ölkələrin şirkələri böyük fayda götürdü.

«Alman avtomobil istehsaçıları «yaşıl nəqliyyat»ın iqtisadi perspektivini qiymətləndirməyiblər. Hazırda alman avtomobil sənayesi gələcək şansından özünü məhrum edir.
Hazırda alman avtomobil sənayesi özünün gələcəyə olan şansını itirir. Tesla əlbəttə ki, alman istehsalçılar üçün böyük təhlükədir, amma həm də onlar üçün oyanış siqnalı da ola bilər».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275