AVTO

“50 minlik maşını 30 minə satırıq” - “QAZ”DAN QİYMƏT AÇIQLAMASI
11 MAY
1355

“50 minlik maşını 30 minə satırıq” - “QAZ”DAN QİYMƏT AÇIQLAMASI

2016-05-11 17:02:00

Azərbaycanda “QAZ” avtomobillərinin satışı ilin əvvəlindən  2,5 dəfə azalıb. Söhbət yük maşınları və mikroavtobuslar gedir. “QAZ”  avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “Azavtobus” şirkətinin direktoru Rüfət Zeynalov fins.az-a bildirib ki,  ilin əvvəlindən etibarən satışlar  xeyli azalıb. Məsələn, dekabr ayında 20-25 avtomobil satılıbsa, son aylarda bu rəqəm 10-dan yüksək deyil.

Adı rus maşını olsa da, mühərriki almandır

Amma rus maşınları analoqları ilə müqayisədə həm kefiyyət, həm də qiymət baxımından geri qalmır. Ona görə də bu avtomobilləri alanlar var. R.Zeynalovun sözlərinə görə,  hazırda mikroavtobusların və avtobuslar Rusiyada yığılsa da, yeni  və xarici texnologiyadan istifadə edilir. Məsələn, “QAZ”  avtobuslarının mühərrikləri Almaniyada istehsal edilir. Digər tərəfdən bu maşınlar yeni  CNG yanacaqı ilə, yəni metan qazı ilə işləyirlər.  Hazırda bununla bağlı Sumqayıt yolunda bir yanacaqdoldurma məntəqəsi qurulub. Əlavə yanacaq doldurma məntəqələrinin qurulması da gözlənilir.

50 minlik avtobusun analoqunu 30 minə satır

Onun sözlərinə görə, “QAZ” avtomobilləri  analoqları ilə müqayisədə 40 %-ə qədər ucuz başa gəlir.  Məsələn,  19 sərnişin yerli “Gazelle Next”  mikroavtobusunu Bakıda 30 min manata almaq olar. Amma eyni tipli “İsizu” mikroavtobusları 45-50 min manata satılır. Eyni fərq iri avtobuslarda da müşahidə edilir. Məsələn,  iri ölçülü  “İsizu” avtobusları 110 min manatdan baha olduğu halda, eyni ölçülü və eyni funksiyalı  “QAZ” avtobusları 90 min manata təklif edilir. 

“SOCAR” və “Azərenerji” bizim maşınları alır”

R.Zeynalov bildirib ki, satışlar azalsa da, alıcı var. Onun sözlərinə görə,  daha çox kabinəli yük avtomobilləri  satılır.  Bu yük maşınlarını və mikroavtobusları  “SOCAR”, “Azərenerji” və digər dövlət təşkilarları alırlar. Bundan əlavə kənd təsərrüfatı, parnik işində və yüklərin  daşınması üçün bu avtomobilləri adi vətəndaşlar da alırlar.

“QAZ” avtmobillərini ucuzlaşdırımışıq”

R.Zeynalovun bildirib ki, satışların artırılması üçün  bir sıra addımlar atılıb. Belə ki, hazırda bütün “QAZ” avtmobilləri  10 % endirim satılır. Məsələn, 90 min manatlıq avtobusu 81 min manata almaq mümkündür. “GAZ Group”un marketinq meneceri Oleg  Markov isə fins.az-a bildirib ki,  bu avtomobillərin Azərbaycanda lizinq və kredit vasitəsilə ilə satılması üçün bank axtarılır.  O, eyni zamanda “QAZ” avtomobillərinin birgə istehsalının da mümkün olduğunu deyib: “Niyə də olmasın. Müxtəlif ehtiyat hissələri xaricdə hazırlanaraq Rusiyaya gətirilir. Eyni zamanda bu avtmobilləri Azərbyacanla birgə də istehsalını həyata keçirə bilərik.Amma bununla bağlı hələlik hər hansı bir təklif olmayıb”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275