AVTO

Bakıda yeni “Lamborghini” təqdim edildi - QİYMƏT, FOTOLAR
06 MAY
2358

Bakıda yeni “Lamborghini” təqdim edildi - QİYMƏT, FOTOLAR

2016-05-06 15:29:00

Bakıda yeni “Lamborghini” avtomobilinin satışa çıxarılıb. Söhbət yeni "Huracan LP 610-4 Spyder" modelindən gedir. Fins.az-ın məlumatına görə, təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib. Mərasimində çıxış edən "Lamborghini"nin Bakıdakı rəsmi dilerinin rəhbəri İbrahim Əhmədov yeni modelin əvvəlki "Lamborghini Gallardo Spyder" modelinin davamı olduğunu bildirib.

Avtomobilin damı 3 rəngdə təqdim edilir

Avtomobil ilk dəfə 2015-ci ildə Frankfurt  avtoşousunda  təqdim olunub.  İbrahim Əhmədov bildirib ki,  yeni modelin  ən cəlbedici xüsusiyyəti onun yeni yumşaq üstüdür. Belə ki, avtomobilin  damı  qara, qırmızı və  qəhvəyi rənglərində təqdim edilir. Bundan əlavə karbon lif və aliminium işləmələr sayəsində avtmoblinin çəkisi də azalaraq  1542 kiloqram olub. Bu isə modelin daha sürətli olmasına imkan yaradıb.

Şəhər yollarında 18 litr yanacaq işlədir

Yeni "Huracan LP 610-4 Spyder" 610 at gücündə 5.2 l həcmli mühərriklə təhciz edilib. Avtomobili 100 km/saat sürəti 3,4 saniyəyə yığır.  Maksimum sürəti isə 324 km/saatdır.  Avtomobilin şəhər yollarında  18 litr, qarışıq olaraq isə 12-13 litr yanacaq işlədir. 

Yeni “Lamborghini” 275 min avroya satılır

Avtomobilin qiymətinə gəlincə İ.Əhmədov bildirib ki, yeni "Huracan LP 610-4 Spyder" 275 min avroya satılır.  Əlavə təhcizatdan aslı olaraq  avtomobilin qiyməti  bu qiymətdən aşağı və ya yuxarı ola bilər. Avtomobilə 3 illik zəmanət verilir.

Bakıda 5 “Lamborghini” satılıb

Qeyd edək ki, "Huracan LP 610-4 Spyder"  Bakıda satışa çıxarılan sayca 6-cı  “Lamborghini”dir. 2014-cü ildən indiyə kimi  Bakıda “Aventador”, “Gallardo”,  “Huracan” modellərində 5 avtomobil satılıb.  

İranlılar  “Lamborghini”ni Bakıdan almaq istəyir

İbrahim Əhmədov bildirib ki, Bakıda satılan “Lamborghini” avtomobilləri ilə qonşu ölkələrdəndə sifariş etmək istəyənlər var. Məsələn, İranda bu avtmobillərin rəsmi nümayəndəliyi fəaliyyət göstərmir. İran vətəndaşları Bakıdan bu avtomobilləri sifariş etmək istəyirlər.Qonşu ölkədə qoyulan qadağalara görə onlar “Lamborghini” modellərini Bakıdan ala bilmirlər. Bununla yanaşı, İran və Gürcüstandan “Lamborghini” avtomobillərinin servisi ilə bağlı müraciətlər edilir. Və “Avtolux Azərbaycan” şirkətinin əməkdaşları bu ölkələrdə də səyyar  xidmət göstərir.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272