AVTO

“Hyundai” 4 min dollarlıq maşın buraxacaq
02 MAY
1563

“Hyundai” 4 min dollarlıq maşın buraxacaq

2016-05-02 10:48:00

Cənubi Koreyanın avtomobil istehsalçısı – “Hyundai” şirkəti 4 min dollara satılacaq yeni modelini istehsal etməyi planlaşdırır. Fins.az rus mətbuatına istinadən xəbər verir ki, yeni avtomobil Fransa istehsalı olan “Renault Kwid”in rəqibi olacaq. O, əsasən inkişaf etməkdə olan ölkələr, ilk növbədə Hindistan bazarı üçün nəzərdə tutulub. Avtomobilin təqdimatı 2018-ci ildə keçiriləcək.

“Hyundai”in yeni modeli şərti olaraq AH adlanır. Ehtimallara görə, avtomobil psevdokrossover kimi təqdim ediləcək və yolsuzluq avtomobili kimi ondan istifadə etmək mümkün olacaq.

Yeni modelin texniki göstəriciləri barədə məlumat verilməsə də, gözlənilir ki, o, Hindistanda satılan “Hyundai Eon”la eyni olacaq. Belə ki, bu maşın 0,8 lirt həcmli mühərriklə, 56 at gücündə və 1 litr mühərriklə 69 at gücündə alıcılara təklif olunur.

Yeri gəlmişən, son vaxtlar oxşar modeli Hindistan və İndoneziyada satışlarını artırmaq istəyən “Datsun” şirkəti də buraxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270