AVTO

Bakıda yük avtomobillərinin - SATIŞI DAYANIB
18 APREL
516

Bakıda yük avtomobillərinin - SATIŞI DAYANIB

2016-04-18 17:04:00

Bakıda minik avtomobilləri ilə yanaşı yük avtomobillərinin satışı da kəskin azalıb. Bu barədə fins.az-a həm avtomobil satıcıları, həm də yük avtomobillərinin Azərbaycanda rəsmi dillerləri bildiriblər. Satıcıların sözlərinə görə, tikinti sahəsində işlərin azalması, eyni zamanda yük daşımalarının kəskin azalması yük avtomobillərinə də marağı azaldıb. Nəticədə, alıcı da yoxdur.

Satıcı: “Son 5 ayda bir yük maşını da satılmayıb”

“Mercedes” yük avtomobillərinin satıcısı German Quliyev fins.az-a bildirib ki, iqtisadi vəziyyətlə əlaqədar olaraq bu avtomobillərin də satışı dayanıb. Onun sözlərinə görə, son 5 ayda bir yük avtomobili belə alan olmayıb.

Yük maşınları 6-8 min manat ucuzlaşıb

Nəticədə yük avtomobilləri də xeyli ucuzlaşıb: 1998-2000-ci il istehsal tarixli “Mercedes 12” yük avtomobilləri əvvəl 22-23 min manata satılırdısa, indi bu modellər 15-16 min manata təklif edilir. 17-18 min manatlıq “Mercedes 814” yük maşınını isə indi hətta 10 min manata da almaq olar.

“2 il əvvəl satılan maşınları özümə qaytarmaq istəyirlər”

Satıcının sözlərinə görə, indi nəinki yük avtomobili alınmır. 2-3 il əvvəl alınan yük avtombillərini də müştərilər yarı qiymətə geri satmağa çalışırlar. Onun sözlərinə görə ayda 4-5 belə müraciət alır:” Məsələn, 3 il əvvəl alınan 28 min manatlıq yük avtomobilini indi 18 min manata satmaq istəyirlər. Amma satışlar dayandığı üçün onları almaqdan imtina edirəm”. G.Quliyev bildirib ki,əvvəllər bir ayda yük daşımaqla 2-3 min manat qazanan sürücü, indi bir reys edərək 120 manat əldə edə bilmir: “Rayonlara tikinti materialları, qazon daşıyan sürücülər indi işsiz qalıblar. Nəticədə yük maşınını satmağa məcbur olurlar”.

“A Trans Motors”: “ Ötən ildən yeni yük maşını gətirmirik”

Yük avtomobilləri ilə bağlı satışların dayanmasını xarici şirkətlərin Azərbaycandakı dillerləri də etiraf edirlər. “Hovo” və “Shacman” yük avtomobillərinin satışını həyata keçirən “A Trans Motors” şirkətinin rəhbəri Mehmet Coşqun fins.az-a bildirib ki, ötən ilin iyul-avqust aylarından etibarən yük avtomobili satışı demək olar ki, dayanıb. Yeni yük avtomobili gətirilmir. Belə ki, 2015-ci ilin “Shacman” və “Hovo” avtomobilləri 115 min manata başa gəlir. Bu qiymətə isə heç kim yük maşını almaq istəmir.18-19 min manata başa gəldiyi üçün yalnız 2010-cü ildən yuxarı 2-ci əl yük maşınları alınır. Məsələn, mart ayında cəmi 2-3 belə yük avtomobili satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275