AVTO

Ən çox cərimə yazan yol polislərinə mükafat veriləcək
15 APREL
879

Ən çox cərimə yazan yol polislərinə mükafat veriləcək

2016-04-15 10:58:00

Hansı yol polisi əməkdaşı dayanma-durma qaydalarının pozulması ilə bağlı daha çox inzibati protokol yazarsa, ona mükafat veriləcək. Fins.az-ın milli.az-a istinadən məlumatına görə, Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, yol polisi paytaxtın inzibati ərazisində dayanma-durma və parklama qaydalarını pozan sürücülərə qarşı reydlər keçirəcək: «May ayının 29-dək xidmət etdiyi ərazidə dayanma-durma və parklama qaydaları ilə bağlı maarifləndirmə işində fəal iştirak edən, eyni zamandan bu qaydaların pozulması ilə bağlı ən çox protokol yazan, eyni zamanda həmin protokollardan şikayət edilməyən yol polisi əməkdaşına 300 manat mükafat verləcək».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271