AVTO

Motosikllə səyahətlər başlayır – MÖVSÜM AÇILDI
12 APREL
358

Motosikllə səyahətlər başlayır – MÖVSÜM AÇILDI

2016-04-12 15:39:00

Azərbaycanda motosikl mövsümü başlayıb. Aprelin 9-da Badamdardakı avtomobil bazarında Moto Mövsümün rəsmi açılışına həsr olunmuş tədbir keçirilib. Tədbirin təşkilatçısı olan Moto İttifaqı dünyanın aparıcı moto brendlərinin Azərbaycan bazarında təmsil olunan əsas dillerlərinin könüllü birliyidir. Bu ittifaqa “ANS Şirkətlər Qrupu”(Azman: Harley, Vespa və Zontes), “Aztol Motors”(Suzuki), “ İmproteks Motors”(Yamaha və BMV), “Kristal Motors”(Dukati), “Alfa Marin”(Polyaris) və “Moto X Klub” daxildir.

Tədbirə 80 motosikletlə 150 nəfərdən çox adam qatılıb. Tədbir son günlər təmas xəttində baş verən erməni silahlı qüvvələri ilə qarşıdırma zamanı şəhid düşən əsgərlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra təşkilatçılar prezidentə və bütün əsgərlərə azad edilən ərazilərə görə, öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə bildirib ki, əsas məqsəd Azərbaycanda moto mədəniyyətinin artırılması, dövlət orqanları, xüsusidə də yol polisi ilə sağlam münasibətlərin qurulması, yollarda təhlükəsiz hərəkətin təbliği və moto avadanlıqlardan istifadə, moto idmanın inkişaf etdirilməsidir. Tədbir iştirakçıları son vaxtlar cəmiyyətdə motosiklçilərə olan münasibətdən təəssüflərini bildiriblər.

Məsələ bundadır ki, son vaxtlar Azərbaycanda motosikletçilər cəmiyyət üçün təhlükəli hesab olunur. «Lakin dünyada bu tamam əksinədir. Halbuki, motosiklet ətraf mühiti ən az çirkləndirən nəqliyyat növüdür. Və ölkəmizdə də motosikletçilər var və onların tərbiyəsində heç bir problem yoxdur. Bu təbəqə, sosial məsuliyyətli davranış qanunlarını və normalarını yaxşı bilir və tez-tez öz imkanları daxilində, ehtiyacı olanlara kömək etməyə çalışır»-deyə iştirakçılar bildiriblər.

Ümumilikdə tədbir çox maraqlı və faydalı alınıb: «Ümid edirik ki, bizim növbəti tədbirlərimiz daha uğurlu keçəcək. Qarşıda bizi çox böyük işlər gözləyir. Və biz buna hazırıq. Əminəm ki, Azərbaycanda –bu inkişaf etməkdə olan ölkədə istər iş üçün istərsə də, dincəlmək üçün motosikletlə harasa getmək istisna hal deyil, adi hal olacaq. Hətta bu ölkənin coğrafiyası və iqlim şəraiti də buna imkan verir. Bizim Moto Mövsüm 8 ay davam edəcək»-deyə Moto İttifaqın nümayəndəsi bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275