SƏNAYE

Ötən ay Gürcüstan Azərbaycandan 2 min tona yaxın neft bitumu idxal edib
11 SENTYABR
76

Ötən ay Gürcüstan Azərbaycandan 2 min tona yaxın neft bitumu idxal edib

2019-09-11 15:20:00

Ötən ay Gürcüstan 27,5 min ton neft bitumu idxal edib.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatında bildirilib.

İllik müqayisədə qonşu ölkə neft bitumu idxalını 8,2 min ton artırıb. İdxalın 80,7%-i (22,2 min ton) İranın payına düşüb.

Avqust ayında Gürcüstan İraqdan 3,2 min ton, Azərbaycandan 1,9 min ton, Türkiyədən 0,2 min ton neft bitumu alıb. Azərbaycanın qonşu ölkənin ümumi neft bitumu idxalındakı payı 6,9% təşkil edib.

Yanvar-avqust aylarında isə Gürcüstan, ümumilikdə, 110,5 min ton neft bitumu idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52,4 min ton çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır