SƏNAYE

I yarımillikdə Azərbaycan RF-yə elektrik enerjisi ixracını 66,5% artırıb
23 AVQUST
147

I yarımillikdə Azərbaycan RF-yə elektrik enerjisi ixracını 66,5% artırıb

2019-08-23 16:54:00

2019-cu ilin I yarısında Azərbaycan elektrik enerjisi ixracını 4,8%, idxalını 56% artırıb.I yarımillikdə Azərbaycan $51 mln. 935,32 min dəyərində 1 mlrd. 212 mln. 815,38 min kVt/saat elektrik enerjisi ixrac edib. 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycandan $54 mln. 606,24 min dəyərində 1 mlrd. 156 mln. 305,9 min kVt/saat elektrik enerjisi ixrac edilib. Beləliklə, 2019-cu ilin I yarısında elektrik enerjisi ixracının həcmi miqdar ifadəsində 4,8% artıb, dəyər ifadəsində 4,9% azalıb.

Xüsusilə Rusiyaya $4 mln. 56,97 min dəyərində (miqdar ifadəsində artım 66,5%) 77 mln. 762,26 min kVt/saat, Gürcüstana $46 mln. 231,31 min dəyərində (artım 69,8%) 1 mlrd. 100 mln. 745,38 min kVt/saat, İrana $129,14 min dəyərində (azalma 68,7%) 4 mln. 545 min kVt/saat, Türkiyəyə $1 mln. 517,9 min dəyərində (azalma 15 dəfə) 29 mln. 762,74 min kVt/saat elektrik enerjisi ixrac edilib.

Azərbaycan cari ilin yanvar-iyun aylarında $3 mln. 148,37 min dəyərində (2018-ci ilin I yarısı ilə müqayisədə miqdar ifadəsində artım 56%, dəyər ifadəsində artım 65,9% - İF) 74 mln. 154,37 min kVt/saat elektrik enerjisi idxal edib.

Rusiyadan $2 mln. 414,75 min dəyərində (miqdar ifadəsində artım 1,9 dəfə) 61 mln. 562,26 min kVt/saat, Gürcüstandan $605,07 min dəyərində (artım 5,7 dəfə) 8 mln. 68,1 min kVt/saat, İrandan $128,55 min dəyərində (azalma 68,9%) 4 mln. 524 min kVt/saat elektrik enerjisi idxal olunub.

2018-ci ildə Azərbaycan $50 mln. 968,96 min dəyərində 1 mlrd. 160 mln. 196,03 min kVt/saat elektrik enerjisi ixrac edib, $4 mln. 224,86 min dəyərində 108 mln. 421,76 min kVt/saat elektrik enerjisi idxal edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır