SƏNAYE

“Azərişıq”: Ölkə boyu dayanıqlı elektrik enerjisi təchizatı tam təmin edilib
01 AVQUST
88

“Azərişıq”: Ölkə boyu dayanıqlı elektrik enerjisi təchizatı tam təmin edilib

2019-08-01 10:35:00

“Ötən gün gecə saatlarında qəza nəticəsində Abşeron rayonu Quşçuluq massivinin və Masazır qəsəbəsinin bəzi yerlərində elektrik enerjisinin verilişində yaranan fasilə operativ şəkildə aradan qaldırılıb”. 

Fins.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, hazırda ölkə boyu dayanıqlı elektrik enerjisi təchizatı tam təmin edilib: “Ötən gecə baş verən qəzadan dərhal son əməkdaşlarımız və texnikamız hadisə yerinə yollandı. Görülən operativ işlər nəticəsində qısa zamanda qəzanın nəticələri aradan qaldırılıb və istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin edilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır