SƏNAYE

Kanadanın neft şirkəti Azərbaycana yenı qurğu gətirib
08 İYUL
211

Kanadanın neft şirkəti Azərbaycana yenı qurğu gətirib

2019-07-08 17:36:00

Kanadanın “Zenith Energy” şirkəti Azərbaycan ərazisində quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokda qazma işlərinin aparılması çərçivəsində qazma həllinin vəziyyəti və xüsusiyyətlərinə nəzarət edəcək  qurğunu təhvil alıb.

Fins.az-ın APA-ya  istinadən verdiyi məlumata əsasan, qurğu Cəfərli yatağındakı C-37 quyunun qazılmasında istifadə ediləcək.

Qeyd edək ki, "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında imzalanıb. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır