SƏNAYE

Palata “Mingəçevir Tekstil” və “Avrora” şirkətini cərimələyib
08 İYUL
135

Palata “Mingəçevir Tekstil” və “Avrora” şirkətini cərimələyib

2019-07-08 13:45:00

Mingəçevir Sənaye Parkında fəaliyyət göstərən iplik istehsalı üzrə müəssisə – “Mingəçevir Tekstil” MMC ixrac olunan mall üzrə əldə olunan valyutaların ölkəyə gec gətirdiyinə görə cərimələnib.

Fins.az-ın Banker.az-a istinadən verdiyi məlumata əsasən, Maliyyə Bazrlarına Nəzarət Palatası “Mingəçevir Tekstil” MMC-ni inzibati xətalar məcəlləsinin 430.4-cü maddəsi ilə – 1 148,31 ABŞ dolları cərimə ( yəni, 3827, 70 ABŞ dollarının 30%-i).

Bununla yanaşı “Avrora”MMC-də bu tip məsələyə görə cərimələnib. Lakin, “Avrora”nın nə qədər cərimə olunması açıqlanmayıb.

Protokollarla bağlı qərardan şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, bu maddəyə əsasən, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə cərimə olunur.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9162
  • ₽ RUB
    0.0269