SƏNAYE

Müəssisələrdə baş verən böhranların səbəbləri və səbəbkarları
13 İYUN
344

Müəssisələrdə baş verən böhranların səbəbləri və səbəbkarları

2019-06-13 16:08:00

İqtisadi ədəbiyyatda və gündəlik həyatımızda böhran sözü və hadisəsi ilə tez-tez qarşılaşırıq.Ən çox biznes müəssisələrində rast gəlinən böhran və tənəzzüllərə  bugünədək  iqtisadçılar tərəfindən bir çox təriflər verilmişdir ki,  bu təriflərdən ümumi olaraq çıxan nəticədə müəssisələrdə  böhran -  müəssisəyə və orada işləyənlərə  zərər verən və ya zərər vermək təhlükəsi yaradan, itgilərə səbəb olan, hadisələrin sujet xəttinin sonunda müəssisənin fəaliyyətini dayanmağa gətirib çıxaran, eyni zamanda müəssisəsinin gələcəyini təhdid edən , təcili həll eilməli  hal və vəziyyətlərin toplusu olaraq xarakterizə edilməkdədir.Bəs bu böhrana səbəb nələr olur ?

Böhranların yaranma səbəbi kifayət qədər çox və müxtəlifdir. Bizneslərdə tənəzüllə səbəb müəssisəsinin daxilində və xaricində gedən mənfi faktorlardır ki, aşağıda müəssisələrin böhranla üzləşməsinin pratikada rast gəlinən ən çox səbələri verilmişdir..

 

 

Qərar vermə və icra mexanizmi arasında lənglik

Rəhbər şəxsin qərarları ləng verməsi və ya  ona zərurətlərin  gec təqdim olunması işlərin icrasını gecikdirir ki, bu da uğurlu biznesin açarı olan çeviklik prinsipini təhlükə altına qoyur. Çevik olmayan biznes isə məhvə məhkumdur.

 

İşcilər  və rəhbər heyət arasındakı rabitə zəifliyi

Rəhbər şəxsin işci heyəti ilə arasındakı rabitənin uzunluğu və əlçatanlığı biznesdəki uğur ilə  mütənasiblik təşkil edir. Belə ki,  rabitə nə qədər uzun və maneəlidirsə uğur da bir o qədər uzaq, əlçatmazdır. Bir çox hallarda hündür subardinasiya divarı biznesi qısa zamanda böhrana məruz qoymaqdadır.

İş yükünün çoxluğu və tarazlı olmaması

Biznesdə iş yükü “övlad payına” bənzəyir. Nə qədər ədalətli bölünərsə iş prisipi də o qədər sağlam və dayanıqlı inkişaf edəcəkdir. Lakin yerli və beynəlxalq praktikada bu yükün düzgün bölünməməsi, hətta əksinə olaraq faydalılıq əmsalı daha çox, iş icra nəticələri yuxarı olan şöbələrə digər şöbələrin işlərinində yönləndirilməsi hallarına rast gəlinir. Bu isə onların fəaliyyətini gərginləşdirirək ilk olaraq şöbənin ümumi göstəricilərindəki əvvəlki dinamikanın dayanmasına, daha sonra isə müəssisənin ümumi olaraq böhrana düşməsinə səbəb olur.

  • Müəssisəsinin daxilində gedən mənfi faktorlar

 

  • Müəssisəsinin xaricində gedən mənfi faktorlar

Böhranın kateqoriyası

Səbəb – nəticə

Ətraf mühitdə baş verən iqtisadi dəyişikliklər

Məsələn: İrana qarşı iqtisadi sanksiyaların genişlənməsi bu ölkələrə mal ixrac edən şirkətlərin böhranla üzləşməsinə səbəb olmuşdur.

Siyasi-hüquqi dəyişikliklər

Məsələn: Türkiyə Respublikasında plastik torbadan istifadəni qadağan edən qanun qəbul edilməsindən sonra plastik torba istehsalı ilə məşğul olan şirkətlər tənəzzül etmişdir.

Texnolji dəyişikliklər

Məsələn: Smartfon və android sistemi ilə çalışan telefonların kəşfi və insanların ondan  istifadəsinin genişlənməsi ilə bu texnologiyanı mənimsəyə bilməyən digər iri telefon şirkətləri böhrana məruz qalmış və fəaliyyətini dayandırmışdır.

Təbii fəlakətlər

Məsələn: Yaponiyada  2011-ci ildə baş verən təbii fəlakət bu bölgədə fəaliyyət göstərən bütün  müəssisələrinin fəaliyyətini dayandırması və böhrana məruz qalması ilə nəticələnmişdir.

 

Böhrana məruz qalan müəssisənin xilasının mümkünlüyü daha çox böhranın yaranma səbəbidir ki, indiyədək baş vermiş böhranların statistikasında  müəssisənin daxilində gedən mənfi faktorlardan qaynaqlanan böhranların daha  çıxılmaz və tənəzüll ilə nəticələnmə əmsalı böyük olması ilə müşahidə olunmuşdur . Belə ki, dünya təcrübəsində biznes subyektlərinin xaricində gedən mənfi faktrolardan qaynaqlanan böhranların kompensasiyası və onlara dövlət və digər qurumların yardımları  daha çox olur və ya bu kimi böranların qabaqcadan proqnozlaşdırılması asan olur. Lakin biznes subyektinin daxilində gedən mənfi proseslərdən qaynaqlanan səbələr yolu ilə böhrana məruz qalan müəssisəsinin  xilası çox mürəkkəbdir. Buna görə də dünya praktikasında daha çox  tənəzzülə böhrana məruz qalma halları biznesin rəhbər heyətinin buraxdığı səhvlər ucbatından olur.

Müəllif: Altun Yasinli

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.93
  • ₽ RUB
    0.0269