SƏNAYE

Sumqayıt Kimya Sənaye Parkının rezidenti dənizdə işləməklə bağlı beynəlxalq təlimdə
13 İYUN
196

Sumqayıt Kimya Sənaye Parkının rezidenti dənizdə işləməklə bağlı beynəlxalq təlimdə

2019-06-13 11:19:00

Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "MST Engineering Services" MMC-nin əməkdaşları Azərbaycanda, Qazaxıstanda keçirilən təlimlərdə iştirak edib. Bu barədə fins.az-a Sumqayıt Kimya Sənaye Parkından məlumat verilib. Məlumatda bildirilir ki,təlimin məqsədi hündürlükdə, dənizdə işləmək qaydalarının öyrədilməsi, eləcə də şirkətin əməkdaşlarının ixtisasının artırılması və təkmilləşdirilməsindən ibarətdi. Eyni zamanda "MST Engineering Services" MMC tərəfindən Danimarkanın "Maersk Group" holdinqin Azərbaycanda neft-qazma sahəsi üzrə fəaliyyət göstərən şirkətinin dəniz platforması üçün xortum və fitinqlərinin təchizatı və quraşdırılması həyata keçirilib.

  Qeyd edək ki, "MST Enginering Services" MMC 14 mart 2016-cı il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və parkın ərazisində ABŞ-ın "Parker Hannifin" şirkəti ilə birgə müxtəlif növ və çeşiddə aşağı, orta və yüksək təzyiqə davamlı xortum və fitinq birləşmələrin istehsalını və bununla bağlı xidmətləri həyata keçirir.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır