SƏNAYE

Azərbaycanın xam neft satışından qazandığı məbləğ açıqlanıb
15 MAY
94

Azərbaycanın xam neft satışından qazandığı məbləğ açıqlanıb

2019-05-15 15:48:00

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 12 061,695 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.  Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 5 678,799 mln. ABŞ dolları təşkil edib.Hesabat dövründə ixrac olunan xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 29%, dəyəri isə 22,6% çox olub.

Bu ilin dörd ayında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 80,10% təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264