SƏNAYE

Elmar Məmmədyarovdan Azərbaycan qazını Yunanıstan və İtaliyaya çatdırmaqla bağlı açıqlama
14 MAY
162

Elmar Məmmədyarovdan Azərbaycan qazını Yunanıstan və İtaliyaya çatdırmaqla bağlı açıqlama

2019-05-14 14:03:00

 Fins.az-ın məlumatına görə, Brüsseldə "Şərq Tərəfdaşlığı" Proqramının onilliyinə həsr olunan Yüksək Səviyyəli Konfrans çərçivəsində keçirilən “Şərq Tərəfdaşlığının 10 illiyi: Konkret nəticələrlə bağlı nailiyyət və təhdidlər” adlı paneldə nitq söyləyən xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, “Cənubi Qaz Dəhlizi strateji layihədir. Azərbaycan qazını 2020-ci ilədək Yunanıstan və İtaliyaya çatdırmaq üçün lazımi işlər görülüb". “Cənub Qaz Dəhlizi layihənin sonu deyil, bir qolunu da Balkanlara çəkmək nəzərdə tutulur. Bu məsələ də hələlik həllini tapmayıb”, – nazir deyib.

O, Azərbaycanın uğurla həyata keçirdiyi başqa irimiqyaslı infrastruktur layihələrindən danışaraq, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən söz açıb.

“Bakı-Tbilisi-Qars Şərq ilə Qərbi qovuşdurub. Gün gələcək bizim indiki gənclər Bakıda qatara minib Stokholma gedə biləcəklər. Bu da insanlar arasındakı təmasları artırmaq deməkdir”, – E.Məmmədyarov xüsusi vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271