SƏNAYE

Amerikadakı aktiv qazma qurğularının sayı açıqlanıb
10 MAY
223

Amerikadakı aktiv qazma qurğularının sayı açıqlanıb

2019-05-10 15:38:00

Birləşmiş Ştatlarda aktiv qazma qurğularının sayı azalıb.Fins.az  xəbər verir ki, bu barədə “S&P Global Platts” məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 13 ədəd azalaraq 1071 olub. Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 7 ədəd geriləyərək 853 olub. Aktiv qaz qazma qurğularının sayı isə 6 ədəd azalaraq 218 olub.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027