SƏNAYE

Energetika Naziri iyunda OPEC+-un iclasında Azərbaycanın nə gözlənildiyini açıqlayıb
08 MAY
142

Energetika Naziri iyunda OPEC+-un iclasında Azərbaycanın nə gözlənildiyini açıqlayıb

2019-05-08 12:43:00

Azərbaycan Energetika naziri Pərviz Şahbazov Azərbaycanın OPEC +-un iclasından nə gözlədiyi barədə məlumat verərək bildirib ki, "Nəsə demək çətindir. Hazırda neft bazarına təsir göstərən bir çox amillər mövcuddur. Yəni belə desək fundamental amil olan tələb təklif prinsipi həmişə işləmir. Eyni zamanda bir sıra digər faktorlar ortaya çıxır. O cümlədən geosiyasi vəziyyətdən irəli gələn hallar və bunlar hamısı mövcud vəziyyətə təsir göstərir bilirsiniz ki, hazırda Venesueladakı vəziyyət və bir sıra digər mövcud münaqişələr  hamısı ümumiyyətlə neft bazarına və neft qiymətlərinə öz təsirini göstərir. Düşünürəm ki, biz gərək gözləyək və iyun ayında müzakirələr nəticəsində qərar qəbul ediləcək"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır