SƏNAYE

Ən iri tanker
04 APREL
114

Ən iri tanker

2019-04-04 10:43:00

Çində dünyanın ən iri mayeləşdirilmiş təbii qaz (LNG) tankeri inşa olunacaq. Tanker Şanxay şəhərindəki “Hudong-Zhonghua” gəmiqayırma zavodunda tikiləcək.

Bildirilir ki, norveçli mütəxəssislərlə birgə inşa olunacaq tanker 270 min kubmetr LNG daşımaq imkanına malik olacaq. Qeyd edək ki, hazırda dünyanın ən iri LNG tankeri Qətərə məxsus “Mozah”dır. O, 2007-ci ildə istismara verilib və 266 min kubmetr maye qaz tutumuna malikdir. Xəbəri “Sinxua” verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265