SƏNAYE

Bakı şəhərində sənaye istehsalının statistikası açıqlanıb
05 MART
87

Bakı şəhərində sənaye istehsalının statistikası açıqlanıb

2019-03-05 16:15:00

Fins.az Bakı Şəhər Statistika idarəsinə istinadən verdiyi məlumata görə, 2019-cu ilin yanvar ayında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,9 faiz artaraq 3,2 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 83,2 faizi mədənçıxarma, 14,5 faizi emal, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 83,6 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87,8 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 12,2 faiz təşkil etmişdir. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 fevral 2019-cu il vəziyyətinə 258,1 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 34,2 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264