SƏNAYE

Sənaye mülkiyyəti obyektləri ilə bağlı 1242 müraciət daxil olub
11 FEVRAL
157

Sənaye mülkiyyəti obyektləri ilə bağlı 1242 müraciət daxil olub

2019-02-11 16:17:00

2018-ci ildə sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı Azərbaycan Əqli Mülkiyyət Agentliyinə elektron xidmət vasitəsilə 1242 müraciət daxil olub. Fins.az xəbər verir ki, bu məlumat “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda Bakıda keçirilən konfransda açıqlanıb. 

Qeyd edilib ki, ötən il Azərbaycan Əqli Mülkiyyət Agentliyinin “Elektron xidmət” bölməsi vasitəsilə müəlliflərin 20 müraciəti əsasında 15 əsər qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 15 şəhadətnamə verilib.

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Elektron xidmət növlərinin Siyahısı”na dəyişikliklər edilib və Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən elektron xidmətlərin siyahısına daha 7 elektron xidmət əlavə olunaraq belə xidmətlərin sayı 12-yə çatdırılıb. Hazırda Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Respublika Elmi-Texniki Kitabxanasının göstərdiyi xidmətlərin bir hissəsinin “Elektron hökumət” portalında fəaliyyət göstərməsi üzrə işlər aparılır və yaxın vaxtlarda bununla bağlı təkliflərin müvafiq qaydada təqdim edilməsi planlaşdırılır.

© AZƏRTAC 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262