SƏNAYE

Bu sahələr üzrə çalışan işçilərin əməkhaqqı artacaq - SİYAHI
11 FEVRAL
1268

Bu sahələr üzrə çalışan işçilərin əməkhaqqı artacaq - SİYAHI

2019-02-11 17:50:00

Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə cari il martın 1-dən minimum əməkhaqqının 38,5 faiz (50 manat) artırılaraq, 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əməkhaqqının artmasına imkan verəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Fins.az-a verilən məlumata görə, dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə bu artım əməkhaqları Vahid Tarif Cədvəli (VTC) üzrə ödənilən 450 mindən çox işçiyə şamil olunacaq.

Onların sırasına daxildir:

elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçilər;
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır