SƏNAYE

O, şəhərdə qaz kəmərləri yenidən qurulur
04 FEVRAL
154

O, şəhərdə qaz kəmərləri yenidən qurulur

2019-02-04 12:14:00

“Azəriqaz” İstehsalat Birliyi Sumqayıtda qaz kəmərlərini yenidən qurur. Fins.az xəbər verir ki, “Azəriqaz”dan verilən məlumata görə, şəhərin 21-ci mikrorayon ərazisində, 7649 və 52-ci məhəllələrində, həmçinin Novxanı bağları adlanan ərazidə qaz kəmərləri yeniləri ilə əvəz olunması üçün layihə üzrə 24 700 metrə yaxın qaz kəmərinin çəkilməsi nəzərdə tutulub. Hazırda qeyd olunan ərazilərdə 2 500 metrə yaxın qaz kəməri çəkilib. Bundan başqa, şəhərdə həyətyanı sahələdə yerləşən qaz sayğaclarının da yeni çəkilmiş xətlərin üzərinə quraşdırılması işləri aparılır.

Bildirilib ki, aparılan işlərin nəticəsində istehlakçılar normativ təzyiqlə, keyfiyyətli və fasiləsiz təbii qazla təmin olunurlar.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266