SƏNAYE

Neft Fondunun qızıl ehtiyatları bu qədər olacaq
04 FEVRAL
139

Neft Fondunun qızıl ehtiyatları bu qədər olacaq

2019-02-04 10:53:00

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin sonuna qızıl ehtiyatlarını təxminən iki dəfə artıraraq 100 tona çatdırmağı planlaşdırır. Fins.az xəbər verir ki, bunu fondun icraçı direktoru Şahmar Mövsümov“Bloomberg” agentliyinə müsahibəsində bildirib: "Neft Fondu 2018-ci ildə qızıl alışını bərpa etdikdən sonra 2019-cu ildə qiymətli metal aktivini təxminən 2 dəfə artıraraq 100 tona çatdırmağı planlaşdırır". Fondun aldığı bütün qızıl həcmləri Azərbaycana gətirilir və ARDNF-in binasında saxlanılır. Ş.Movsümov qızılın bir hissəsinin xaricdə saxlanılmamasının etibarla əlaqədar olmadığını, sırf kommersiya qərarı olduğunu bildirib.

Qeyd edək ki, ARDNF 2012-ci ildə qızıl alışına başlayıb. Ötən ilin sonuna Fondun investisiya portfelində olan qızılın həcmi 50,953 min kq təşkil edib.

 ARDNF-nin İnvestisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri qızıla investisiya edilə bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267