SƏNAYE

“Şahdəniz” yatağında hasilat 53% artacaq - PROQNOZ
05 YANVAR
162

“Şahdəniz” yatağında hasilat 53% artacaq - PROQNOZ

2019-01-05 15:08:00

Bu il Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 17,3 mlrd. kubmetr hasilat proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə Hesablama Palatasının hazırladığı “ARDNF-in 2019-cu il büdcə layihəsi ilə bağlı Rəy”də bildirilib.

Bu isə 2018-ci ilin hasilat proqnozu (11,3 mlrd. kubmetr) göstəricisindən 53% çoxdur.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256