SƏNAYE

Bu sektorlarda istehsal artıb
27 DEKABR 2018
104

Bu sektorlarda istehsal artıb

2018-12-27 12:51:00

Cari ilin yanvar-noyabr aylarında Bakının elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi artıb. Fins.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, paytaxtın elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda on bir ayda 520,1 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artım müşahidə olunub. Hesabat dövründə sənaye məhsulunun 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal edilib.

Hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuş məhsulların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin eyni ayları ilə müqayisədə 0,8 faiz artaraq 210,3 milyon manat təşkil edib. Sənaye məhsulunun 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256