SƏNAYE

Bu rayonda 20 min ədəd tut tingi əkilib
21 DEKABR 2018
235

Bu rayonda 20 min ədəd tut tingi əkilib

2018-12-21 13:46:00

Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 20 mini Ağcabədi rayonuna ayrılıb. Fins.az xəbər verir ki, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən  bildiriblər ki, bölgü əsasında əvəzsiz olaraq təsərrüfatlara, barama istehsalçılarına paylanılan tinglərin əkini artıq başa çatıb. Tut tingləri Çin texnologiyası əsasında əkilib. Sahələrin hazırlanması və əkin işləri mütəxəssislərin nəzarəti altında aparılıb. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən 100 min ədəd yerli tut tinginin əkilməsi də həyata keçirilib.

Qeyd edək ki, Ağcabədi rayonunda baramaçılıq 2016-cı ildən yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayon kümçüləri tərəfindən 3675 kiloqram, 2017-ci ildə 16 min 475 kiloqram, 2018-ci ildə isə 37 min 146 kiloqram barama istehsal olunub.

İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2017-ci illərdə rayon ərazisində 250 mindən çox tut tingi əkilib. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266