SƏNAYE

2018-ci ilin ən yaxşıları MÜKAFATLANDIRILDI
20 DEKABR 2018
200

2018-ci ilin ən yaxşıları MÜKAFATLANDIRILDI

2018-12-20 16:42:00

2018-ci il dekabrın 20-dəHyatt Regency Baku / Hyatt Hall-da Yeni il ziyafəti və Caspian Business Award 2018 beynəlxalq mükafatının təqdim etmə mərasimi təşkil olunub.

Tədbirdə çıxış edən Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev qeyd edib ki, ilin yekunu üzrə mükafatlar Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin ərazisinə istehsalat və sosial sahələrdə fəal iştirak edən şirkət və top-menecerlərə təqdim olunur. Mükafatlar iqtisadiyyatın neft, qaz, daşınma, telekommunikasiya və İT texnologiya, maliyyə-kredit sistemi, KİV və s. kimi bir çox sahələrini əhatə edir.

“Nominantlar dünyanın 50-dən çox ölkəsində yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilmiş sorğu əsasında müəyyən edilib”, - deyə Telman Əliyev söyləyib.

Qəbulda dövlət qurumlarının, nazirliklərin rəhbərləri, Milli Məclisin üzvləri, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların,  Caspian European Club-un üzv şirkətlərinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Caspian Business Award 2018 tədbirinin sponsorları SOCAR Azneft , SOCAR Petroleum QSC, “Meqa Sığorta” ASC” və “AzInTelekom” MMC-dir.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.

Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

“CASPIAN BUSINESS AWARD – 2018 mükafatının nominasiyalar üzrə qalibləri:

  •          SOCAR “Azneft” İB  - “İlin neft-qaz çıxarma birliyi”
  •          “SOCAR Petroleum” QSC  – “Elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən ilin şirkəti
  •          “Meqa Sığorta”ASC  - “Keyfiyyətli xidmət və dayanıqlı inkişaf üzrə ilin sığorta şirkəti”
  •          “Smart Systems Technology” MMC  – “Telekommunikasiya və TV yayımı sahəsində innovasiyaların tətbiqi üzrə ilin şirkəti”
  •          “Worleyparsons Europe Ltd”  (Azərbaycan üzrə filial) – “BP şirkətinin Azərbaycanda, Gürcüstanda və Türkiyədə əməliyyatları üçün planlaşdırma, maddi və texniki təchizat, tikintinin idarə edilməsı sahəsində göstərdiyi xidmətlərə görə ilin şirkəti
  •          “AzeriCard”MMC – “Qabaqcıl texnologiyaların və beynəlxalq təcrübənin elektron ödəniş mühitində tətbiqinin genişləndirilməsi üzrə ilin şirkəti”
  •          “ZİRAATBANK Azərbaycan”  - “İlin bankı”
  •           “Qala Həyat” sığorta şirkəti -  “Sığortaçılığın inkişafına verdiyi töhvəyə görə”
  •          “Alliance Assist Group” MMC – “Tibbi assistanlıqvə tibbi turizm sahəsində ilin şirkəti”
  •          Azәrbaycan Respublikasının Prezidenti yanında Vәtәndaşlara Xidmәt vә Sosial İnnovasiyalar üzrә Dövlәt Agentliyinə (ASAN Xidmət) və “SİNAM” MMC “İlin layihəsi – ASAN viza”
  •          “ASE Express & OCS, DSV” şirkəti – “İlin logistika şirkəti”
  •          “Azlegal Consultancy International Services” (ALCIS) –

Beynəlxalq standartlarına uyğun xidmət keyfiyyəti və müştəri məmnuniyyəti üzrə ilin şirkəti”

  •          “Bon Accord Engineering Supplies (Caspian) Ltd” -  “Regionda boru məhsullarının təchizatı üzrə aparıcı lider”
  •          “Ləzzət Qida Sənaye” MMC – “2018-ci ildə Azərbaycanın ən çox investisiya qoyulan bölgəsi Naxcıvan Muxtar Respublikasında müasir texnologiyaların qida sənayesində tətbiqinə görə ilin şirkəti”
  •          “AzInTelekom” MMC  – “İlin ən proqressiv İT şirkəti
  •          “Aztelekom” İB”  - “Keyfiyyətli telekommunikasiya xidmətləri göstərən ilin şirkəti”
  •          “Baktelecom” MMC – “Telekommunikasiya xidmətləri sahəsində ilin brendi”
  •          “R.I.S.K” şirkəti -  “İnnovativ proqram təminati istehsalı və ixraci üzrə ilin şirkəti”
  •          “Lenovo” şirkəti – “Azərbaycanda ilin ən sürətlə inkişaf edən İT Vendoru”
  •          “Times Consulting” – “İlin reklam agentliyi”
  •          “Debet Uniform” şirkəti – “Keyfiyyətli məhsul və müştəri məmnuniyyəti üzrə ilin şirkəti”
  •          “Yagmur-2” MMC – “Kənd Təsərrüfatı sahəsində Müasir Suvarma Sistemlərinin tətbiqinə görə ilin şirkəti”
  •          “Prosys” MMC -  “Hazırladığı proqram təminatı məhsullarına və dövlət orqanlarında tətbiq etdiyi İKT layihələri üzrə ilin şirkəti”
  •          “AsProf” şirkətlər qrupu – “İlin dinamik inkişaf edən müasir şirkəti”

 ITECA CASPIAN LLC – “İlin sərgi təşkilatçisi şirkəti”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256