SƏNAYE

Saatlıda bu qədər meyvə yığılıb
20 DEKABR 2018
88

Saatlıda bu qədər meyvə yığılıb

2018-12-20 14:58:00

Saatlıda meyvə yığımı yekunlaşıb. Bağbanlar becərdikləri 2 min 47 hektar meyvə bağından 10 min 670 ton məhsul götürüblər.

Fins.az xəbər verir ki, Rayon Statistika İdarəsindən bildiriblər ki, cari ildə saatlılı bağbanların tədarük etdikləri meyvə ötən il yığılan məhsuldan 16 ton çox olub. Toplanan məhsulun 356 tonunu heyva, 588 tonunu alça, 625 tonunu əncir, qalanını isə ərik, armud, gilas, xurma, şaftalı, gavalı və digər meyvələr təşkil edib. Ən yüksək nəticə isə nar bağlarından əldə olunub. Rayonda mövcud nar bağlarından 4 min 823 ton məhsul yığılıb ki, bu da ötən il tədarük olunduğundan 13,4 ton çoxdur. Yığılan narın demək olar ki, yarısı rayonun Bəylik və Mustafabəyli kəndlərinin payına düşür. Bağbanlar yetişdirdikləri narın çoxunu xarici bazarlara göndərirlər.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256