SƏNAYE

Qax rayonunda bu qədər sahədə aqromeşə salınıb
19 DEKABR 2018
84

Qax rayonunda bu qədər sahədə aqromeşə salınıb

2018-12-19 15:47:00

Bu ilin yaz və payız mövsümlərində Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin Qax Meşəbəyliyi tərəfindən rayon ərazisində dövlət meşə fonduna aid 54 hektar sahədə aqromeşələr salınıb. Yeni salınan meşəliklərin 43 hektarına fındıq, 7 hektarına qoz, 2 hektarına şabalıd, 2 hektarına isə ərik və tut tingləri əkilib.

Fins.az xəbər verir ki, meşəbəylikdən bildiriblər ki, dövlətimizin başçısının göstərişinə uyğun olaraq, 2016-cı ildən başlayaraq meşə əkini işləri zamanı kənd təsərrüfatı əhəmiyyətli kol və ağac tinglərinin əkininə, aqromeşələrin, bağların salınmasına üstünlük verilir. Əkin zamanı əsasən fındıq, qoz, şabalıd, tut və digər ağac tinglərindən istifadə olunur.

Qeyd edək ki, 2016-2018-ci illərdə Qax rayonu ərazisində 242 hektar sahədə aqromeşələr salınıb. Yeni bağların salınması məqsədilə bu ilin yaz mövsümündə müəssisənin tinglik təsərrüfatında 0,4 hektar sahəyə müxtəlif növ meyvə tingləri əkilib. İlin sonunadək daha 0,8 hektar sahəyə yeni tinglər əkiləcək. Bundan əlavə, hazırda müəssisənin tinglik təsərrüfatında əvvəlki illərdə əkilmiş 374 min ədəd meyvə tingi də yetişdirilir.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256