SƏNAYE

BTC kəməri ilə bağlı yeni xəbər
18 DEKABR 2018
126

BTC kəməri ilə bağlı yeni xəbər

2018-12-18 11:52:00

Bu ilin yanvar-noyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 31 018,6 min ton həcmində neft ötürülüb. Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ümumilikdə hesabat dövründə Azərbaycanın magistral neft kəmərləri ilə 38 013,1 min ton neft nəql edilib. Magistral neft kəmərləri ilə nəqletmənin 81,6%-i BTC kəməri ilə həyata keçirilib. Bu ilin 11 ayında BTC ilə nəqlin həcmi ötən ilin müvafiq dövründən 0,51% çox, magistral neft kəmərləri ilə nəqletmənin həcmi isə 2,85% az olub. Dövr ərzində BTC kəməri ilə 5 986,7 min ton tranzit nefti də nəql edilib. Bu isə ötən ilin müvafiq dövründən 1,86% artıqdır.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Hazırda BTC kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur. Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 mln. ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264