SƏNAYE

İndiyədək Bakı-Tbilisi-Ceyhan kəməri ilə neçə ton neft ixrac olunub?
04 DEKABR
61

İndiyədək Bakı-Tbilisi-Ceyhan kəməri ilə neçə ton neft ixrac olunub?

2018-12-04 11:59:00

Bu vaxtadək Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 373,8 milyon ton neft nəql olunub.

Fins.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, cari ilin noyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub. BTC kəməri istifadəyə verilən gündən bu il dekabrın 1-ə kimi kəmərlə 373,8 milyon ton neft ötürülüb.

Qeyd edək ki, cari ilin yanvar-noyabr ayları ərzində bu kəmər vasitəsilə təqribən 30,4 milyon ton neft ötürülüb. Üç rüb ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 87 milyon dollar, əsaslı xərclərə isə təqribən 21 milyon dollar sərf edilib. 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur. “BTC Co.”nun səhmdarları belədir: BP (30,1 faiz), “AzBTC” (25 faiz), “Chevron” (8,9 faiz), “Equinor” (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ExxonMobil” (2,5 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz).

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256