SƏNAYE

Universitet diplomunu heyvandarlığa dəyişdi
03 DEKABR
132

Universitet diplomunu heyvandarlığa dəyişdi

2018-12-03 12:40:00

Əməyin mühafizəsi ixtisası üzrə universitet bitirib diplom alsada qoyun saxlamağı əsas peşə seçib.

Fins.az xəbər ki, Türkiyənin Niğdə vilayətində yaşayan 28 yaşlı Filiz Çevik həyatını heyvandarlığa həsr edib. Kənd Təsərrüfatı Nazirliyinin universitet məzunları üçün elan etdiyi layihəyə müraciət edərək 38 başı dişi olmaqla 40 baş qoyun alaraq özünə kiçik təsərrüfat qurub. Hüsniyə kəndində məskunlaşan diplomlu məzun iki ildir ki, bu işlə məşğuldur. “Qoyunların əksəriyyətindən əkiz bala alıram, heyvanların yeminin, suyunun təzə olmasına fikir verirəm. Qoyunlara qulluq asan iş deyil, xüsusən qış aylarında. Amma əziyyətimin qarşılığını verirlər. Həvəsi olan qadınlara məsləhət görürəm, dövlətin həyata keçirdiyi “Gənc təsərrüfatçı” layihəsinə müraciət edərək heyvan əldə etsinlər. Qoyunların hesabına ev aldıq, uşaqlarım təhsil alırlar”. Vilayətin heyvandarlıq idarəsindən bildirilib ki, gənc qadın qoyunçuluq sahəsində bacarıqlıdır, fermasına bütün işlər qaydasındadır. 

Qeyd edək ki, “Gənc təsərrüfatçı” layihəsi 2016-cı ildən dövlət tərəfindən həyata keçirilir, bu günə qədər 571 təsərrüfat faydalanıb. Aqrobiznes

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256