SƏNAYE

İldə 150 min arı ailəsi məhv olur
06 NOYABR
149

İldə 150 min arı ailəsi məhv olur

2018-11-06 17:51:00

BMT-nin FAO təşkilatının məlumatına görə, Türkiyə dünya üzrə bal istehsalında Çindən sonra ikinci yer tutur.

Fins.az xəbər verir ki, Türklər 8 milyon ədəd arı yeşiyindən ildə 115 min ton bal əldə edirlər. Arı cinslərinin zənginliyinə görə də Türkiyə lider mövqeyini qoruyur.
Lakin Türkiyədə arıçılar yaxın illərdə bu nəticənin əldən veriləcəyi ilə bağlı böyük narahatlıq içərisindədirlər. Səbəb kütləvi arı ölümlərinin ilbəil artmasıdır. Rəsmi qurumların açıqlamasına görə, 8 milyon arı yeşiyi olan ölkədə hər il 150 min yeşik arı ailəsi məhv olur. Adana, Aydın və Bursa vilayətlərində arı ölümləri daha çoxdur. Araşdırmalar göstərir ki, bunun birinci səbəbi kənd təsərrüfatının digər sahələrində pestisidlərdən istifadənin genişlənməsidir. Arıçılar dövlətə müraciət edərək tələb edirlər ki, Avropa Birliyi ölkələrində olduğu kimi Türkiyədə də zəhərli dərmanlar qadağan edilsin. Türkiyə Arıçılar Birliyinin başqanı Ziya Şahin bəyan edib ki, hökumətdən pestisidlərin istixanalardan kənarda, açıq sahələrdə istifadəsinin qadağan olunmasını tələb edirlər. Pestidislər bitkiçilikdə zərərvericilərə qarşı tətbiq olunan zəhərli dərmanlardır. Sahəyə vurulduğu zaman uzun müddət təsiri çəkilmir, eyni zamanda külək vasitəsi ilə ətraf da yayılır. Arıçılar deyirlər ki, pestisidlər kütləvi ölümlərə səbəb olmaqla yanaşı arılarda bal axtarmaq vərdişlərinin itirilməsi, yuvaya geri dönüş zamanı yaddaş pozğunluqları, kaloniya halında yaşamaq qaydalarının pozulması kimi mənfi fəsadlar yaradır. 

Zəhərli pestisidlərdən istifadə bu ilin may ayından etibarən Avropa Birliyi ölkələrində qadağan edilib. Dekabr ayından bütün birlik ölkələri bu prosesə qoşulacaqlar. Qərara əsasən, pestisidlərdən istifadəyə yalnız qapalı istixanalarda icazə veriləcək. Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, indiyə qədər 182 adda zəhərli maddənin istifadəsi qadağan olunub, gələcəkdə daha da artacaq. 
Türkiyədə arıçılığı dəstəkləyən bir çox təşkilatlar artıq pestisid dərmanlarının açıq sahədə qadağan olunması ilə bağlı imzatoplama  kompaniyasına başlayıblar. (Aqrobiznes)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258