SƏNAYE

Qaxlı fermerlər 13 tona yaxın qarğıdalı əldə ediblər
26 OKTYABR
153

Qaxlı fermerlər 13 tona yaxın qarğıdalı əldə ediblər

2018-10-26 10:35:00

Qax rayonunun təsərrüfatlarında qarğıdalı yığımı başa çatıb. Fermerlər builki mövsümdə 1577 hektar qarğıdalı sahəsindən 12 min 337 ton məhsul əldə ediblər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 2 min 832 ton artıb. Hər hektardan orta hesabla 78,2 sentner məhsul götürülüb. Hektarın məhsuldarlığı ötən illə müqayisədə 23,1 sentner artıb.

Fins.az-ın məlumatına görə, bu barədə Azərtac-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının baş məsləhətçisi Malik Həmzəyev məlumat verib.

Qurumdan bildiriblər ki, rayonda taxıl səpini də mütəşəkkil qaydada davam etdirilir. Fermerlər indiyədək 2 min 920 hektar sahəyə buğda, 1815 hektar sahəyə isə arpa toxumu səpiblər. Bu il rayonun təsərrüfatlarında gələn ilin məhsulu üçün 13 min hektardan çox payızlıq dənlilərin səpini proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258