SƏNAYE

Ölkədə yetişdirilən narın satışı asanlaşacaq
02 OKTYABR
164

Ölkədə yetişdirilən narın satışı asanlaşacaq

2018-10-02 15:06:00

Bu gün Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Dövlət Aqrar Ticarət Şirkəti” MMC (DATŞ) ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) arasında görüş keçirilib.

Fins.az xəbər verir ki, görüşün yekununda iki qurum arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu DATŞ-ın direktoru Leyla Məmmədova və ANİİA-nın sədri Fərhad Qaraşov imzalayıblar. Sənədin məqsədi şirkətin layihəsi olan “Kənddən Şəhərə” şəbəkələrində Assosiasiyanın üzvü olan fermerlərin məhsullarının satışını həyata keçirmək və aparılacaq birgə maarifləndirmə işlərinin razılaşdırılmasıdır.

Xatırladaq ki, DATŞ bu il iyunun 8-də yaradılıb. Şirkətin əsas məqsədi dövlətin həyata keçirdiyi aqrar siyasət konsepsiyasına dəstək olmaq, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsulları və ondan emal olunmuş məhsulların yerli və xarici bazarlara rahat, maneəsiz və rəqabətə dayanıqlı şəkildə çıxışını təmin etmək, kənd təsərrüfatı məhsullarının satışının stimullaşdırılması ilə istehsal potensialının artırılmasına nail olmaq, alıcılar və satıcılar arasında etibarlı vasitəçilik fəaliyyəti və bu istiqamətdə Nizamnamədə nəzərdə tutulan fəaliyyəti həyata keçirməkdən ibarətdir.

ANİİA isə 31 oktyabr 2016-cı il tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Assosiasiya keyfiyyətli Azərbaycan narının yerli və dünya bazarına mütəmadi təchizatı, istehsal və emal prosesləri ilə bağlı təcrübələrin və bacarıqların artırılması, istehsalatda yüksək texnologiyanın tətbiqi, yüksək keyfiyyətli xammal təchizatı sahələrində fəaliyyət və xidmət göstərir.

 Eləcə də bax:Norm Ustalar Klubu 2 yaşını qeyd edəcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256