SƏNAYE

Sertifikatlı toxum istəyən fermerlərin nəzərinə
20 SENTYABR
139

Sertifikatlı toxum istəyən fermerlərin nəzərinə

2018-09-20 14:41:00

Toxum satışı yerləri və ünvanları barədə məlumat Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəsmi internet səhifəsinin (sorttoxumagro.gov.az) toxum satış bölməsində yerləşdirilib.

Fins.az xəbər verir ki, məlumatda toxum istehsalçısının ünvanı, istehsal olunmuş toxumun reproduksiyalar üzrə göstəriciləri öz əksini tapıb. Fermerlər Xidmətin rəsmi internet saytına daxil olmaqla sertifikatlı toxum əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259