SƏNAYE

Pomidoru necə saxlamalı?
09 AVQUST
184

Pomidoru necə saxlamalı?

2018-08-09 10:27:00

Pomidoru düzgün qaydada saxlamamaq onun həm dadına, həm də tərkibinə ciddi mənfi təsir göstərir. Tərəvəzin tərkibindəki antioksidantlar və digər sağlamlığa faydalı xüsusiyyətlər pomidorun gündəlik qidaya daxil edilməsi üçün keçərli səbəblərdən biridir. Tərkibində müxtəlif faydalı antioksidanlar, xüsusilə alfa-lipoik turşusu, likopen, kolin, folik turşusu, beta-karoten və lutein var. Uzun müddət saxlanılması və xarab olmaması üçün istifadə etdiyimiz soyuducu birbaşa onun tərkibinin dəyişməsinə səbəb olur. Təxminən 10 dərəcə aşağı bir temperaturda saxlanılması onun faydalı xassələrinin yox olmasına və dadının dəyişməsinə gətirib çıxarır. Fransada aparılmış bir araşdırmada müəyyən edilib ki, 20 dərəcə istilikdə saxlanılan pomidorun mövcud tərkib hissələrini qoruyaraq daha çox məhsul istehsal etmək mümkündür. Pomidor soyuduqda hüceyrə divarlarındakı membranlar zədələnir və bu onların toxumasında pozulmaya gətirib çıxarır. 
Pomidoru normal otaq temperaturunda saxlasaq daha uzunömürlü olar. Müəyyən qədər yumuşalmış pomidorları soyuducuya yerləşdirmək daha məqsədə uyğundur. Siz bununla həmin pomidorun çürümə müddətini uzatmış olacaqsınız.  
Pomidoru sellofan paketdə saxlamaq əvəzinə, yuxarı hissəsindəki saplağı qırıb atmamaq şəri ilə qaba düzmək daha məqsədə uyğundur. Çünki, aparılmış bir test nəticəsində məlum olub ki, saplaqlı saxlanarsa pomidor daha az hava və nəm qəbul edər ki, bu da onun həyatının uzanmasına səbəb olur. 
 “Aqrobiznes” 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257