SƏNAYE

Azərbaycan toxumçuluğun inkişafı sahəsində Türkiyənin təcrübəsinə böyük əhəmiyyət verir
03 AVQUST
190

Azərbaycan toxumçuluğun inkişafı sahəsində Türkiyənin təcrübəsinə böyük əhəmiyyət verir

2018-08-03 15:55:00

Bu gün Bakıda Dövlət Toxum Fondu ilə Türkiyənin “TİGEM" Aqrar Məsələlər Baş İdarəsi“Türkiyənin toxumçuluq təcrübəsi, toxum ticarəti və qanunvericiliyi” mövzusunda birgəpraktik seminar keçirilib.

Seminarda çıxış edən Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib ki, toxumçuluğun inkişafı sahəsində Türkiyənin təcrübəsi Azərbaycan üçün çox önəmlidir. Rəhbərlik etdiyi fondun başlıca məqsədlərindən birinin respublikada yerli toxum istehsalını inkişaf etdirmək olduğunu deyən Emin Əliyev qeyd edib ki, Azərbaycanda bu il 2, gələn il isə 3 toxum zavodu istifadəyə veriləcək.

Bu gün “TİGEM" Aqrar Məsələlər Baş İdarəsi ilə imzalanacaq Niyyət Protokolu barədə də məlumat verən Dövlət Toxum Fondunun sədrinin söz

Toxumçuluq sahəsində Türkiyə təcrübəsindən faydalanmağınönəmindən söz açan fondun sədri qeyd edib ki, “TİGEM" Aqrar Məsələlər Baş İdarəsi ilə imzalanacaq Niyyət Protokolu qarşılıqlı ticarət imkanları, təcrübənin öyrənilməsi, treninqlərin keçirilməsi və maarifləndirmə sahələrini əhatə edir.

Azərbaycanın toxumçuluq sahəsində ciddi addımlar atdığını söyləyən “TİGEM"in baş direktoru İsmayıl Şanlının sözlərinə görə, toxumçuluğun inkişafı ilə bağlı 90 illik təcrübəyə malik Türkiyənin qabaqcıl təcrübəsinin öyrənilməsi və qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması bu istiqamətdə geniş perspektivlərə yol açacaq.

Seminarda toxum sertifikatlaşması, normativ və hüquqi aktlar, eləcə də Türkiyə təcrübəsi ilə bağlı məruzələr dinlənilib, Dövlət Toxum Fondunun təqdimatı keçirilib.

Seminarın sonunda Dövlət Toxum Fondu ilə Türkiyənin “TİGEM" Aqrar Məsələlər Baş İdarəsi arasında Niyyət Protokolu imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256