SƏNAYE

Rusiya şirkəti Qırmızı dənizdə təbii qaz axtaracaq
26 İYUL
211

Rusiya şirkəti Qırmızı dənizdə təbii qaz axtaracaq

2018-07-26 17:12:00

Sudan Qırmızı dənizdə mövcudluğuna inanılan təbii qazı ehtiyatlarının kəşfiyyatı üçün Rusiya şirkəti ilə razılığa gəlib. Sudan hökuməti həmin təbii qaz ehtiyatlarının aşkarlanması üçün Rusiyanın “Ross Geology” şirkəti ilə müqavilə imzalayıb.

Sudanın neft və qaz naziri Azhari Abdul-Gadir Abdallah və Rusiyanın təbii sərvətlər və ətraf mühit naziri Dmitry Kobylkinin rəhbərlik etdiyi nümayəndə heyətləri paytaxt Xartumda görüşüb. İmzalanan müqaviləyə görə, “Ross Geology” Sudanla razılaşdıraraq Qırmızı dənizdə təbii qazın kəşfiyyatı aparacaq. Axtarış işlərinə nə zaman başlanacağı bildirilməyib.

Sudanlı nazir deyib ki, Qırmızı dəniz ölkənin mərkəzi hesab olunur. Port Sudan şəhərində neft-təbii qaz axtarmaq və karbohidrogenlərin kəşfi üçün lazımi addımlar atılır.

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259