SƏNAYE

“AzerGold” QSC fəaliyyətini elektronlaşdırır (FOTO)
16 İYUL
171

“AzerGold” QSC fəaliyyətini elektronlaşdırır (FOTO)

2018-07-16 12:43:00

"AzerGold" QSC fəaliyyətini elektronlaşdırır. QSC-dən verilən məlumata görə, "AzerGold" QSC-də "ERP – Enterprise Resource Planning" (Müəssisə Resurslarının Planlaşdırılması) sistemi və elektron sənəd dövriyyəsi sistemlərinin təqdimatı keçirilib. Tədbirdə informasiya kommunikasiya texnologiyalarının təminatı şöbəsi qeyd olunan sistemlərin uğurlu tətbiqi ilə cəmiyyətdə maliyyə, təchizat, insan resursları və anbar təsərrüfatı üzrə mərkəzləşdirilmiş elektron sisteminin yaradıldığını qeyd edərək elektron sənəd dövriyyəsi sisteminin tətbiq olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, ERP sistemi müasir texnologiya və proqram təminatının dəstəyi ilə real zaman çərçivəsində əsas biznes proseslərinin kompleks idarəetməsidir. Cəmiyyətdə ERP sisteminin qurulması üçün tətbiq olunan SAP B1 proqram təminatı həm Azərbaycanın aparıcı istehsalçı şirkətləri tərəfindən, həm də inkişaf etmiş ölkələrdə geniş istifadə olunur. Bu müasir və innovativ sistemlərin tətbiqi sənəd dövriyyəsinin sürətləndirilməsi və cəmiyyətin fəaliyyətinin elektronlaşdırılması ilə yanaşı, şəffaflığın təmin edilməsinə də öz əhəmiyyətli töhfəsini verəcək.

Tədbir çərçivəsində, həmçinin şöbə rəhbərləri hesabatlarla çıxış edib, birinci yarımilliyin nəticələri və qarşıda duran vəzifələr geniş müzakirə olunub.

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256