SƏNAYE

Azərbaycanda bu məhsulu əkənlər günbəgün artır - SƏBƏB?
16 İYUL
700

Azərbaycanda bu məhsulu əkənlər günbəgün artır - SƏBƏB?

2018-07-16 13:46:00

Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Bunun nəticəsidir ki, son illər balakənli fermerlərdə bu sahəyə maraq xeyli artıb. Cari ildə rayonda qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 155 hektar artırılaraq, 7 min 40 hektara çatdırılıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Rayon icra hakimiyyətindən bildiriblər ki, əlverişli keçən iqlim şəraiti bu il də rayonda qarğıdalı istehsalının bol olacağından xəbər verir. Hazırda qarğıdalı sahələrinə aqrotexniki qulluq olunur, suvarma işləri aparılır.

Ümumiyyətlə, son illər Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır. Ötən il balakənli fermerlər 6885 hektar qarğıdalı sahəsindən 43 min tondan çox məhsul götürüblər.

Eləcə də bax: Bakıda yaradılan bu aqroparkda 3500 nəfər işləyə biləcək - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270