SƏNAYE

Beyləqanda bu günədək 23 min 585 ton taxıl tədarük edilib
04 İYUL
137

Beyləqanda bu günədək 23 min 585 ton taxıl tədarük edilib

2018-07-04 12:33:00

Beyləqan rayonunun təsərrüfatlarında taxıl biçini davam edir. Rayon statistika idarəsindən verilən məlumata görə arpa biçinini başa çatdıran Beyləqan taxılçıları sahələrdən 4437 ton məhsul əldə ediblər. Bundan başqa 5550 hektar buğda sahəsində də biçin aparılıb, 19 min 148 ton məhsul tədarük edilib. Hər hektarın məhsuldarlığı buğda sahələrində 34,5 sentner, arpa zəmilərində isə 29 sentnerdir.

Qeyd edək ki, cari ilin məhsulu üçün Beyləqanda 15 min 346 hektar sahədə taxıl becərilib. Bunun 13 min 816 hektarı buğda, 1530 hektarı arpa zəmiləridir.

Eləcə də bax: Bakıda yaradılan bu aqroparkda 3500 nəfər işləyə biləcək - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250