SƏNAYE

Bu şirkətlər Azərbaycandan FINDIQ alacaq
27 İYUN
154

Bu şirkətlər Azərbaycandan FINDIQ alacaq

2018-06-27 14:15:00

İsveçrə şirkətlərinin nümayəndələri Azərbaycana səfər edəcək və yerli fındıq istehsalçıları ilə görüşəcəklər. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, İsveçrəyə təşkil olunan ixrac missiyası çərçivəsində Azərbaycanın fındıq istehsalı ilə məşğul olan şirkətləri ilə İsveçrənin aparıcı şirkətləri arasında görüşlər keçirilib. Bern şəhərində keçirilən görüşlərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar barədə məlumat verilib, Azərbaycan və İsveçrə şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə, ixracın artırılmasına dair müzakirələr aparılıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

İsveçrənin "GN-company", "Varistor" və "Delica" şirkətləri ilə aparılan müzakirələr zamanı fındıq ixracına dair ilkin razılaşmalar əldə olunub. Bu məqsədlə İsveçrə şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri və yerli fındıq istehsalçıları ilə görüşlərinin təşkili barədə razılığa gəlinib.

İxrac missiyası bu gün İsveçrə şirkətləri ilə görüşlərini davam etdirəcək, aparıcı fındıq tədarükü və satışı müəssisələrində olacaq. (AzərTAC)

Eləcə də bax: İnanılmaz YENİLİK: telefonu sayğaca yaxınlaşdırmaqla...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267