SƏNAYE

Cəbhə bölgəsində nə qədər arpa, buğda biçilib?
25 İYUN
212

Cəbhə bölgəsində nə qədər arpa, buğda biçilib?

2018-06-25 13:43:00

Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.

Füzuli Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bu günədək 21 min 500 hektarda - arpa zəmilərinin hamısında, buğda sahələrinin isə 13 min 475 hektarında biçin aparılıb. Hər hektardan orta məhsuldarlıq buğda zəmilərində 31,2 sentner, arpa sahələrində isə 29,5 sentnerdir. Hazırda rayonda taxıl biçini sürətlə davam edir. Altı ildir 100 min tondan artıq məhsul istehsal edilən Füzuli rayonunda bu il də bol məhsulun tədarük olunacağı gözlənilir.

Qeyd edək ki, cari ilin məhsulu üçün Füzulidə 36 min 419 hektar sahədə taxıl bitkisi əkilib. Bunun 28 min 894 hektarı buğda, 8025 hektarı isə arpadır.

Eləcə də bax: İnanılmaz YENİLİK: telefonu sayğaca yaxınlaşdırmaqla...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250