SƏNAYE

Yağış Xaçmazlı taxılçılara ziyan vurub
13 İYUN
132

Yağış Xaçmazlı taxılçılara ziyan vurub

2018-06-13 12:09:00

Bir neçə gün əvvəl yağan yağışlar Xaçmazın taxıl zəmilərinə ciddi ziyan vurub. Yağışın təsiri ilə sahələrdə bitkilərdə yatma çoxalıb, bu isə biçin vaxtı ciddi itki deməkdir. Fermer İmamyar Hüseynov bildirib ki, küləklə müşayiət olunan yağış arpa ilə müqayisədə buğda sahələrinə daha çox ziyan vurub.  “Buğda sahələrindən 40 sentnerdən yuxarı taxıl yığacağımızı proqnozlaşdırıdıq. İndi isə ancaq 25-30 sentnerə ümid edə bilərik” - deyə bildirib.
Quba Regional Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bölgədə yağıntılı hava şəraiti iyunun 13-nə kimi davam edəcək. Regionun bəzi ərazilərində intensiv xarakterli güclü leysan yağışlarının yağacağı da istisna olunmur. (“Azərtac”) 

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Eləcə də bax: “Azərişıq” daha bir yenilik etdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273