SƏNAYE

Tayvandan gilas almağa gəlirlər
11 İYUN
319

Tayvandan gilas almağa gəlirlər

2018-06-11 09:38:00

Ötən ildən Çin bazarına daxil olan türk gilasının şöhrəti Uzaq Asiya ölkələrində artmaqdadır. Keyfiyyəti və aromat göstəricilərinə görə Avropa ölkələrindən tutmuş Çinə qədər olan bazarlarda özünə yer tutmuş türk məhsuluna uzaq Tayvanda da böyük maraq yaranıb.  
Bu həftə Tayvanın nümayəndə heyəti gilasın sorağı ilə Türkiyəyə gələcək. Tayvanlıların məqsədi məhsulun yetişdirildiyi təsərrüfatlara baxış keçirmək,  keyfiyyəti ilə maraqlanmaq və ixrac edəcəkləri məhsulun həcmini müəyyən etməkdir. 
Xatırladaq ki, türk istehsalçıları Tayvan bazarına girmək üçün 8 il idi ki, cəhd göstərirdilər. Çünki, Tayvanda qırmızı rəngli meyvələrə, xüsusi ilə gilasa böyük həvəs var. Tayvanlılar gilası səbətlərdə hədiyyə verməyi xoşlayırlar, bu giləmeyvəni hədiyyə göndərmək rəğbət göstərmək mənasına gəlir. Bu ölkədə gilas baha olduğu üçün türk istehsalçılar böyük gəlir əldə edəcəklər. 

“Aqrobiznes” 

Eləcə də bax: “Azərişıq” daha bir yenilik etdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256