SƏNAYE

Kənd təsərrüfatı ixtisaslarına yüksək balla qəbul olanlara 200 manat əlavə təqaüd veriləcək
06 İYUN
204

Kənd təsərrüfatı ixtisaslarına yüksək balla qəbul olanlara 200 manat əlavə təqaüd veriləcək

2018-06-06 08:52:00

Kənd təsərrüfatı ixtisaslarına yüksək balla qəbul olanlara əlavə təqaüd veriləcək. Prezident İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik, meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə Azərbaycan Dövlət Aqrar Uni­ver­­si­tetinin büdcədənkənar vəsaiti hesabına 200 manat əlavə təqaüd veriləcək.

Aqraryönümlü ix­­tisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır.

Bundan əlavə, uni­versitet abituriyentlərə yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxanada vəd edir. (Report.az)

Eləcə də bax: Azərbaycan yetişdirilən güldən hazırlanan yağın 1 litri 12 min avroya satılır - REPORTAJ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259